2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakı tərbiyəsiz erməni nazirinin cavabını verdi

Ermənistan xarici işlər nazirinin müavininin İƏT-in 13-cü İstanbul zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində yekdilliklə qəbul edilmiş qərarlara münasibətdə diplomatik etikadan kənar şərh bildirilməsi ilk növbədə İƏT-in üzv dövlətlərinə hörmətsizlik kimi qiymətləndirilməlidir.
Day.Az Azərbaycan XİN-ə istinadən bildirir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Ş.Köçəryanın İslam Əməkdaşlıq Təşkilatının 13-cü İstanbul zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsi barədə qəbul edilmiş qərarlara münasibətdə fikirlərin dair XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev bildirib ki, İƏT üzv dövlətlərinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Nizamnaməsindən çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar birmənalı və ədalətli mövqeyi var: “Bu mövqe İstanbul zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən yekdilliklə qəbul edilmiş kommunikenin müvafiq olaraq 16 və 17-ci bəndlərində bir daha öz qəti ifadəsini tapmışdır. Bu bəndlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzunün qınanılmasına dair İƏT üzv dövlətlərinin prinsipial mövqeyi bir daha ifadə olunaraq, Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884 (1993) saylı qətnamələrinin icra edilməsi və öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ətraf rayonlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmçinin, yekun kommunikedə üzv dövlətlər Ermənistanın işğal olunmuş ərazilərdə davamlı olaraq həyata keçirdiyi hücumlarını və bunların nəticəsində mülki insanlara, sosial və iqtisadi infrastruktura və digər obyektlərə zərərlərin yetirilməsini qəti olaraq pisləyirlər.”
O həmçinin qeyd edib ki, zirvə toplantısının qərarı ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə xarici işlər nazirləri səviyyəsində Təmas qrupu da yaradılıb.
“Ermənistanın Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə qanlı etnik təmizləmə əməlləri, mülki insanların ölümü və yaralanması ilə nəticələnərək 2 aprel tarixindən etibarən qoşunların təmas xəttində törətdiyi yeni təxribatları, münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların qərar və qətnamələrinə hörmətsizliyi Ermənistanın sivil dünyadan kənar olduğunu və Yerevan rejiminin regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olduğunu bir daha göstərir. Ermənistanın özbaşınalıq və cəzasızlığına son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən ciddi və təsirli addımların atılmasına ehtiyac vardır”, deyə XİN rəsmisi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button