Now Reading:
Bakı-Tbilisi-Bakı qatarların cədvəli dəyişdirilir

15 fevral tarixindən etibarən Bakı-Böyük Kəsik mənzilində sürətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən 24saat.org-a verilən məlumata görə, qatar Bakıdan saat 21:50-də yola düşməklə Tbilisiyə saat 10:30-da (10:50 əvəzinə) çatacaq. Tbilisidən saat 20:35-də (19:45 əvəzinə) yola düşəcək və Bakıya saat 09:00-da çatacaq.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.