SiyasətXəbərlər

Bakı Tehranın ittihamlarını qəbul etmir

Bakı/04.10.21 Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva son günlər Tehrandan Bakının ünvanına səsləndirilən ittihamları təkzib edib.

Bakı İranın xarici işlər naziri Əmir Abdullahiyanın İranın Dövlət Televiziyasına müsahibəsində səsləndirdiyi bir sıra bəyanatları qəbuledilməz hesab edir, xüsusən də Azərbaycanda İranla sərhəd boyunca üçüncü ölkələrin qüvvələri və  ya terrorçuların olması və hansısa təcavüzkar hərəkətlərin törədilməsi barədə iddiaları.

“Bu cür iddialar tamamilə əsassızdır. Bu cür iddialar 44 günlük müharibə zamanı da səslənirdi, amma heç bir sübut təqdim olunmadı”, – şərhdə bildirilir.

Ərazi bütövlüyünə gəlincə, məhz Azərbaycan ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 kilometrdən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub.

“Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik”, – sənəddə qeyd olunur.
Şərhin sonunda deyilir ki,  İranda razı qalmalıdırlar ki,  30 il işğaldan sonra, işğal etdikləri ərazilərdə islam dəyərlərinin və obyektlərin ermənilər tərəfindən dağıdılması və məhv edilməsindən sonra azad edilmiş ərazilərə qaçqınlar və dinc həyat qaytarılır. Bütün bu illər ərzində Azərbaycan qonşularının daxili işlərinə qarışmamaq siyasəti yeridib ki, bu da dəfələrlə sübut olunub.-02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button