Loading...
Loading...
Xəbərlər

Bakı və Tehran regionda kommunikasiyaların açılmasının üstünlüklərini qiymətləndiriblər

Bakı/23.12.21 Dekabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu yaxınlarda Aşqabadda İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladan Əliyev qeyd edib ki, görüşdə gələcək əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə olunub və Azərbaycan-İran dostluq əlaqələri bir daha təsdiqlənib. Öz növbəsində Abdullahian Aşqabad görüşünü “iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi” adlandırıb.

Söhbət zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın genişləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı nazirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurlu əməkdaşlığı müzakirə ediblər.

Həmçinin tərəflər regionda mövcud vəziyyət, yeni reallıqların yaranması və münaqişədən sonra əməkdaşlıq imkanları, o cümlədən 3+3 məsləhət mexanizminin gələcək perspektivləri, regionda kommunikasiyaların açılmasının üstünlükləri və digər mövzular barədə fikir mübadiləsi aparıblar. Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.- 06B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button