2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakı və Yeravandan atəşkəsin pozulması ilə bağlı açıqlama

Yayımlandı: 6 Mart 2023 12:10

Azərbaycan atəşkəsin pozulduğunu deyir, Ermənistan dezinformasiya adlandırır

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqelərinin 19 dəfə atəşə tutulduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ermənistan silahlı qüvvələrinin Daşkəsənin Astaf, Kəlbəcərin Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəyin Göyəlli yaşayış məntəqələrini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutduğunu qeyd edib.

Müdafiə Nazirliyi həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən mövqelərin də atəşə tutulduğu əlavə edib.

Bildirilib ki, Azərbaycan ordusu cavab tədbirləri görüb.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edib və dezinformasiya adlandırıb.

Martın 5-də səhər saatlarında Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda atəşkəsin pozulması nəticəsində Azırbaycan ordusunun 2 hərbçisi, Ermənistan tərəfdən isə 3 nəfər həyatlarını itirib.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button