2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı və Yerevan atəşkəs pozuntusu ilə bağlı bir-birini ittiham edir

Azərbaycanın Müdafiə Nazirluiyi iyulun 16-sı Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdəki Azərbaycan ordusunun mövqelərinin bir saata qədər atəşə tutulduğunu bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

“İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun (Vardenis) Yuxarı Şorca (Verin Shorja) yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.”

Məlumatda vurğulanır ki, atəşkəs pozuntusuna adekvat cavab verilib.

Ermənistanın Müdafiə Nazirliyi isə yayılan bu məlumatı dezinformasiya adlandırır və bildirir ki, əksinə qeyd olunan sərhəd bölgəsində Azərbaycan ordusu Ermənistan ordusunun mövqelərini müxtəlif növ, o cümlədən iriçaplı silahlardan atəşə tutub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button