2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bakı və Yerevan sərhədin delimitasiyası haqqında razılıq əldə edib?

Bakı/17.09.21 Bu gün Ermənistanda eyni zamanda bir neçə rəsmi mənbə Moskvadakı danışıqların yekunlarına görə Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılıq əldə etdiyinə işarə edib.

Belə ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Yerevanda keçirilən brifinqdə sərhəd məsələsi ilə bağlı danışıqlar aparılacağını təsdiq edib. “Biz gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi prosesini dönməyən prosesə çevirməliyik”, deyən Koçaryan məsələnin təfərrüatlarını açıqlamayıb.

Onun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da jurnalistlərə sərhədin delimitasiyası və demarkasiyası zərurətindən danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Düşünürəm ki, müəyyən bir prosesə başlamaq lazımdır”, deyə o, RF XİN-in mətbuat katibi Zaxarovanın Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına başlamaq zərurəti haqqında çağırışını şərh edərkən bildirib.

Bəzi Ermənistan KİV-ləri hətta gələcək sazişin bəndləri barədə də məlumat yayıblar. Onların məlumatına görə, gələcək sülh müqaviləsində Qarabağın hər hansı statusu müəyyən edilmir, sərhədlər SSRİ dövrünün xəritələri əsasında müəyyən edilir, Rusiya sülhməramlı missiyasının müddəti uzadılır, Zəngəzur yolu açılır və Azərbaycan nəqliyyatın keçidinə görə ödəniş edəcək.

Rəsmi Bakı bu məlumatlarla, eləcə də Moskvadakı danışıqlar faktı ilə bağlı şərh vermir. -02B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button