2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakı Yerevanı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı məlumat verməyə çağırıb

Bakı/08.02.22 Azərbaycan XİN beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinə təzyiq göstərərək birinci Ermənistan-Azərbaycan müharibəsinin qanlı irsi olan itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmağa və öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırıb. Bu barədə Azərbaycan XİN-in 8 fevral tarixli bəyanatında deyilir.

Azərbaycan fevralın 7-də səkkiz erməni hərbiçini azad edib. Bunun müqabilində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycan tərəfinə verməlidir, deyə sənəddə qeyd edilir.

Ermənistan XİN-in mətbuat katibinin Yerevanın öz üzərinə belə bir öhdəlik götürmədiyi barədə bəyanatı Ermənistanın beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi kimi qiymətləndirilməlidir, deyə Azərbaycan XİN-in bəyanatında bildirilir. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button