2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakı yollarında son vəziyyət

Qarlı hava şəraiti “Azəravtoyol” ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb.

24saat.org  xəbər verir ki, bunu “APA-Economics”ə “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A.Nəcəflinin sözlərinə görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi – 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, A.Nəcəfli qeyd edir ki, bəzi ərazilərə dövlət şirkətinin texnikası gedə bilmir:

“Söhbət bəzi tunellərdən, enişli-yoxuşlu yollardan gedir. Bəzi sürücülər hazırlıqlı olmadığından, olduqca aşağı sürətlə hərəkət etdiyindən və ya yolda qaldığından tıxac yaranır, texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır.

Əsas məqsəd odur ki, “nəqliyyat arteriyası” sayılan yollarda normal hərəkəti təmin edib, sonra digər yollara keçək. Hal-hazırda əsas yolların heç birində problem yoxdur. Bundan başqa, balansımızda olan digər yollarda əməkdaşlarımız təmizləmə işləri həyata keçirirlər. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button