2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakıda 13 yaşlı qız öldürüldü, anası yaralıdır

Yayımlandı: 2 Fevral 2023 12:32

Qadının sevgilisi şübhəli şəxs qismində saxlanılıb

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində ana və azyaşlı qızı bıçaqlanıb. Hadisə fevralın 2-nə keçən gecə saat 1 radələrində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun 13 yaşlı qızı Günay Şadatova kəsilmiş deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, Günay Şadatovanın həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, baş vermiş hadisəyə görə şübhəli şəxs kimi, bir nəfər saxlanılıb.

“Əfsanə Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”, – DİN-in mətbuat xidmətindən bildirilib.
Zaur Babayevin onun ünvanına səslənən ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi isə məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button