2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda 2 polisi güllələyib öldürən şəxs həbsxanada vəfat etdi – FOTO

2014-cü ildə Bakıda 2 nəfəri gülləyərək öldürən, daha 2 şəxsi isə odlu silahla yaralayan Gülağa Lətifov həbsxanada vəfat edib.

Həmin cinayətə görə ömürlük azadlıqdan məhrum edilmiş G.Lətifov Penitensiar Xidmətin Müalicə Müəssisəsində uzun sürən xəstəlik səbəbindən ölüb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov 2014-cü il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin ərazisində qanunsuz kafe tikmək istəyərkən münaqişə baş verib. Bu zaman o, qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşı olub.

Bu hadisədən 7 il sonra – ötən ilin noyabrında Gülağa Lətifovun oğulları – Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında bıçaqla Fərid Əliyev və İrşad Əliyev adlı şəxsləri bıçaqlayıblar. Nəticədə 21 yaşlı Fərid ölüb, onun dostu İrşad isə xəstəxanaya yerləşdirilib.

G.Lətifovun oğulları hazırda həbsdədir. (Qafqazinfo)

24 saat” “Bakıda 2 polisi güllələyib öldürən şəxs həbsxanada vəfat etdi – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button