Now Reading:
Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlanıb

Bakıda 25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlanıb

Bakının Nizami rayonunun 8-ci km. qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.