Cəmiyyət

Bakıda 30 sutkalıq həbs alan şəxs təcridxanada ölüb

Törətdiyi xuliqanlıq əməlinə görə, paytaxtın Nərimanov RPİ-nin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzabati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri  4 dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları meyitə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Araşdırma aparılır.

24 saat” “Bakıda 30 sutkalıq həbs alan şəxs təcridxanada ölüb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Lənkəranda məktəblini döyən keçmiş müavin barədə qərar verildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button