2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda 55 sənaye müəssisəsi bağlanıb

2014-cü ildə 24, ötən il 55 zavod və fabrikin qapısına kilid vurulub. Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqlamasına görə, ilin əvvəlinə Bakıda sənaye məhsulu buraxan 1170 müəssisə qalmışdı.

SƏNAYE BAKIDA CƏMLƏŞİB

Başqa sözlə, rəsmi mənbələrin özləri də sənaye sektorunda mənfi proseslərin getdiyinə işarə edir. Hökumətsə bunun əksinə, iqtisadiyyatın ilbəil şaxələndirildiyini, yeni sənaye müəssisələrinin yaradıldığını söyləyir.

Saytların yığılması Saytlarin yigilmasi

DSK-nın məlumatına görə, 2 min 583 sənaye müəssisəsinin əsas hissəsi Bakıda cəmləşib. İl ərzində ölkədə 49 yeni müəssisə qurulub. Amma 6 il əvvəl Azərbaycanda sənaye istehsalı ilə məşğul olan 2 min 650 müəssisə olduğunu da unutmağa dəyməz.

DÖVLƏT MÜƏSSİSƏLƏRİ ÇOXALIB, ÖZƏL ZAVODLAR BAĞLANIB

Təəccüblüdür ki, dövlət sənayedən çəkilmək əvəzinə, son 6 ildə 29 müəssisə qurub və əsas «oyunçu» statusunu itirmək istəmir. Elə bu dövrdə yerli iş adamlarına məxsus 131 sənaye müəssisəsə qapanıb, əcnəbi və yerli sahibkarların birgə sərmayəsi ilə yaradılan 15 müəssisə bağlanıb. Təkcə ötən il xarici şirkətlərin sərmayəsi ilə qurulmuş 5 birgə müəssisə işini dayandırıb.

XARİCİ SƏRMAYƏLİ 51 YENİ MÜƏSSİSƏ

Əvəzində ikisi 2015-ci ildə olmaqla, 2010-cu ildən bəri Azərbaycanda 51 tam xarici sərmayəli sənaye müəssisəsi yaranıb. 2016-cı ilin əvvəlinə ölkədə sənaye məhsulları istehsalı ilə məşğul olan 179 belə müəssisə vardı. DSK belə deyir.

BÖLGƏLƏRDƏ VƏZİYYƏT NECƏDİR?

Bu ilin əvvəlinə olan məlumata görə, Sumqayıtda 124 (il ərzində artım +4), Abşeron rayonunda – 122 (+12), Gəncədə – 134 (+9), Zaqatalada – 41 (+11) sənaye müəssisəsi işləyir. Ötən il Şirvan və Mingəçevir şəhərlərinin hər birində 7 istehsal müəssisəsi fəaliyyətini dayandırıb.

KİÇİK MÜƏSSİSƏLƏR «BÖYÜYÜB»

DSK bildirir ki, ötən il Azərbaycandakı sənaye müəssisələri işçi sayına görə yenidən qruplaşdırılaraq, kiçik, orta və iri qurumlara ayrılıb. Beləliklə, 2014-cü il bölgüsündə 2 min 534 zavod və fabrikin 1721-i kiçik müəssisə kimi təsnif edilibsə, ötən il bu göstərici 1241-ə enib Bu o deməkdir ki, təxminən 500 müəssisə orta və iri müəssisələr sırasına aid edilib.

2015-ci ildən bəri işçi sayı 25 nəfərdən və illik dövriyyəsi 200 min manatdan az olan sənaye müəssisələri kiçik sahibkarlıq subyektləri sayılır.

ZAVODLARDA KÜTLƏVİ İXTİSARLAR

Ötən il iqtisadi böhran ucbatından ölkə sənaye müəssisələrində çalışan, yarısı özəl bölmədə olmaqla,10 min 100 nəfər ixtisara salınıb. Bakı şəhərində 5 min nəfər işsiz qalıb. Bu ilin əvvəlinə paytaxtın zavod və fabriklərində 97 min 500 nəfər işləyirdi.

Ölkənin iri sənaye mərkəzlərindəki ixtisarlar daha aydın gözə çarpır. Məsələn, Gəncədə bir ildə 1357 nəfər, Şirvanda – 682, Qəbələdə – 333 nəfər iş yerindən məhrum olub. Bu mənada Naxçıvan «oazis» sayıla bilər. Muxtar respublikada ötən il 3 sənaye müəssisəsi fəaliyyətini dayandırsa da, 1853 yeni ştat açılıb.

SƏNAYE İSTEHSALINDA BP FAKTORU

2015-ci ildə Azərbaycanda sənaye istehsalının 58 faizi tam xarici sərmayəli şirkətlərin payına düşüb. Bu, əsasən, neft sektorundakı müəssisələrdir. 2014-cü ildə bp şirkəti və onun digər xarici tərəfdaşlarının Azərbaycan sənayesindəki payı 64 faizi ötürdü.

DSK-nın hesablamalarına görə, ötən il dövlətə məxsus sənaye müəssisələrinin istehsal həcmi 500 milyon manat azalaraq 6.7 milyard manat olub. Yerli şirkətlərin buraxdığı məhsulun toplam satış qiyməti 4.1 milyard manat (+3 faiz), qarışıq mülkiyyətli müəssisələrinkiisə 755.7 milyon manat (+5 faiz) olub.

BÖLGƏLƏRİN SƏNAYE «REYTİNQİ»

Bakı 22.4 milyard manatlıq mal istehsalı ilə sənaye məhsulunun 85 faizini yaradır. Onun ardınca Naxçıvan Muxtar Respublikası (916.8 milyon manat) gəlir. Sənaye istehsalında ilk onluğu aşağıdakı bölgələr qapayır:

Sumqayıt – 487.7 milyon manat;

Mingəçevir – 266.7 milyon manat;

Gəncə – 239.9 milyon manat;

İmişli rayonu – 126.4 milyon manat;

Abşeron rayonu – 113.7 milyon manat;

Gədəbəy rayonu – 85.2 milyon manat;

Kürdəmir rayonu – 55.1 milyon manat;

Zaqatala – 54 milyon manat.

Maraqlıdır ki, böyük sənaye potensialı olduğu bildirilən Qəbələ rayonu 22 milyon manatlıq istehsal həcmi ilə bölgə sıralamasında heç ilk 15-likdə də deyil. Salyan, Masallı, Şəmkir, Xaçmaz və Neftçaladakı zavodlar Qəbələdən daha çox məhsul buraxır.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button