SEÇMƏ

Bakıda 9 yaşlı uşağın 7 yaşlı bibisi oğlunu güllələdiyi bildirilir

Yayımlandı: 21 Yanvar 2023 13:41

Yaralı dərhal xəstəxanaya çatdırılıb

Bakının Binəqədi rayonu ərazisində 9 yaşlı uşağın 7 yaşlı bibisi oğlunu güllələdiyi bildirilir. Hadisə yanvarın 20-də saat 17 radələrində  baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə verilən məlumata görə, azyaşlının atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranışı nəticəsində atəş açılıb. Döş qəfəsindən güllə yarası almış 7 yaşlı uşağı yaxınları dərhal xəstəxanaya çatdırıb.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Meydan TV

Gözdən qaçırmayın:  Qərb ölkələri ilk dəfə Ukraynaya ağır silah tədarükünə qərar verib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button