Bakıda ağac aşdı, 3 qadın yaralandı - 24 saat xəbərlər
Now Reading:
Bakıda ağac aşdı, 3 qadın yaralandı
Full Article 2 minutes read

Bakıda ağac aşdı, 3 qadın yaralandı

Yaralılardan biri reanimasiyaya yerləşdirilib

Aşan ağacın üç qadına xəsarət yetirdiyi bildirilir. Hadisə oktyabrın 25-də, 12 radələrində Hövsan qəsəbəsində qeydə alınıb. Şahidlərin Meydan TV-yə verdiyi məlumata görə, ağacın aşmasına səbəb güclü külək olub. Qadınların hər üçü yaralanıb və Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan Meydan TV-yə deyiblər ki, 33 yaşlı Aygün Cəfər qızı Əlizadə və 37 yaşlı Xuraman Kamil qızı Muradovanın vəziyyəti orta ağırdır.

Daha ağır xəsarət alan 33 yaşlı Aynur Asif qızı Babayeva isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil kimi qiymətləndirilib.

Ggüclü külək Abşeron rayonunun Mehdiabad qəsəbəsində də fəsada səbəb olub. Məcburi köçkünlərin yaşadığı “Qarant şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü uçurub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin göstərişi ilə Komitənin Tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, Mənzil İstismar Departamentinin, Tikilməkdə Olan Müəssisələr Müdiriyyətinin rəhbərləri və məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər.

Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaalrının dam örtüklərinin qopmuş konstruksiyalarını şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması, binaların dam örtüyünün bərpası işləri tam başa çatanadək Dövlət Komitəsinin nəzarətində saxlanılacaqdır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də hadisə yerindədirlər.

15b1b3de-304e-4744-8ff5-a2e167875b0e

Input your search keywords and press Enter.