2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda ağır qəzada 2 nəfər öldü

Bakı-Qazax şosesinin Qaradağ rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

Hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ölüb. Yük avtomobilinin sürücüsü isə ağır xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları müəyyən edib ki, yanacaq daşıyan yük avtomobilinin sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub. (APA)

24 saat” “Bakıda ağır qəzada 2 nəfər öldü” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button