2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək

Tədbirlə əlaqədar Təşkilat Komitəsi yaradıldı

Azərbaycan prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Saytların yığılması Saytlarin yigilmasi

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsi sədrinin müavini

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru

Vüsal Kərimli – Bakı Nəqliyyat Agentliyinin direktoru

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Ağacan Əbiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi

Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

Azər Əliyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi

Fərid Mansurov – Olimpiya çempionu.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button