2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Rusiya biznes forumu: iş adamları birgə layihələr təqdim edib

İyunun 20-də Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçirilib.

Virtualaz.org İxracın və İnvestisiyaların Dəstəklənməsi Fondunun (AZPROMO) məlumatına istinadən bildirir ki, forumda Azərbaycandan iri holdinqlərin, o cümlədən kənd təsərrüfatı və qida sənayesində, sənaye və tikintidə, səhiyyə, maliyyə, İKT və iqtisadiyyatın digər sektorlarında fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri, rəsmilər iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya tərəfdən isə forumda Yaroslavl vilayətinin qubernatoru Sergey Yastrebov, Həştərxan vilayət hökumətinin xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Dağıstan hökumətinin İnvestisiyalar və Sahibkarlara dəstək üzrə Agentliyinin rəhbərinin müavini Zeynulla Qurbanov, Rusiyanın bir sıra digər regionlarının rəsmiləri, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlər təmsil olunublar.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, indiyə qədər Azərbaycanda Rusiya kapitalına əsaslanan 600-ə yaxın müəssisə qeydiyyata alınıb. Rusiya Azərbaycan iqtisadiyyatına təxminən 3 milyard dollar həcmində sərmayə yatırıb. Rusiya iqtisadiyyatında Azərbaycan investisiyalarının payı isə 1 milyard dollar təşkil edir.

Nazir müavini onu da bildirib ki, 2015-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar, cari ilin dörd ayı ərzində isə müvafiq göstərici 470 milyon dollar olub.

Azərbaycanda mövcud olan biznes şəraiti barədə məlumat verən Niyazi Səfərov ölkədə yaradılan sənaye parkları və texnoloji parklar haqqında söhbət açıb, rusiyalı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Biznes-forumun yekunlarına əsasən, əczaçılıq sahəsində əməkdaşlıq, investisiya layihələrinin təşviq edilməsi və birgə istehsal yaradılması haqqında 4 memorandum imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button