2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətSosial

Bakıda bahalı uşaq bağçalarının qiymətləri – SİYAHI

Azərbaycanda özəl uşaq bağçalarında aylıq ödənişlərin baha olması illərdir müzakirə edilir. Hətta məsələ o qədər adiləşib ki, bir uşağın aylıq bağça xərcinin 700-1000 manat təşkil etməsi qulaqlarımıza qəribə gəlmir.

Milli.az uşaq bağçalarının qiymətlərini araşdırıb.
Araşdırmaya əsasən, adıçəkilən uşaq bağçalarının xidmətlərinə 3 dəfə yemək, rəqs, ingilis dili kursları, şahmat oyunları daxildir. Bağçaların fəaliyyət qrafikləri, demək olar ki, eynidir. Fərqli olan, sadəcə, bir bağçanın binasının digərinə nisbətən daha modern olmasıdır.
Özəl bağçalarda aylıq ödənişlər sahibkarların öz şəxsi qərarları əsasında tənzimlənir. Yəni, müəssisənin sahibi göstərdiyi xidmətə qiymət qoymaqda sərbəstdir. Ona lisenziya verən Təhsil Nazirliyi də bu məsələyə qarışmır. Sahibkar da hesab edir ki, göstərdiyi xidmət, müəssisədə yaradılan maddi-texniki baza aylıq ödənişdə öz əksini tapmalıdır ki, yatırdığı sərmayəni götürə bilsin. Uşaq bağçası yaratmaq üçün lisenziyanın alınması üçün ödənilən dövlət rüsumunun məbləği isə 1250 manat müəyyən edilib.
Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2016-cı ildə ölkədə 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bunun 1079 körpələr evləri-uşaq bağçaları, 631 ədədi uşaq bağçaları, 4-ü məktəb-uşaq bağçaları, 8-i xüsusi bağçalar olub. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button