2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda banklar dollar satışına mədudiyyət qoydu

Azərbaycanın nağd və nağdsız valyuta bazarında bu gün səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb bu gün, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarının ardından daha da kəskinləşib.

“Report” xəbər verir ki, dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss etdirib. Bir sıra kommersiya banklarında artıq nağd dollar satışına məhdudiyyət tətbiq olunub. Bu məbləğ müxtəlif bankarda fərqlidir (bir müştəriyə 2-10 min dollar).

Saytların yığılması Saytlarin yigilmasi

Bankların hüquqi və fiziki şəxs olan müştərilərinin də nağdsız dollar tələbatı əhəmiyyətli şəkildə artıb. Kommersiya bankları dolların möhkəmlənmə tendensiyasına girməsi nəticəsində yaranmış valyuta qıtlığı səbəbindən şirkətlərin valyuta ehtiyaclarını qarşılaya bilmir. Buna səbəb bankların valyuta mövqelərini pozmaq istəməmələridir.

Qeyd edək ki, səhər saatlarında nağd valyuta bazarında dolların satış məzənnəsi 1,58 AZN/USD olsa da, artıq 1,59 AZN/USD-yə yüksəlib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5332 AZN/USD təşkil edir. Bu da AMB-nin qaydalarına əsasən, kommersiya banklarına dolları rəsmi məzənnədən 4% fərqlə satmağa imkan verir. Yəni, bu günə dolların maksimal satış məzənnəsi 1,5945 AZN/USD ola bilər.

Saytın analitik qrupu dolların iyunun 27-nə rəsmi məzənnəsinin kəskin artacağını istisna etmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button