2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda bayram yarmarkaları fəaliyyətə başladı

Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il münasibətilə bayram yarmarkalarına start verilib.

Trend xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb: “Artıq metronun “Elmlər Akademiyası, “28 May”, “Nəriman Nərimanov”, “Koroğlu”, “Neftçilər” və “İnşaatçılar” stansiyalarının qarşısında çadırlar qurulub”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, çadırların digər ərazilərdə quraşdırılması prosesi davam etdirilir: “Müxtəlif yerlərdə təxminən 12-13 çadırın təşkili nəzərdə tutulur. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir”.

Ə.Bağırov bildirib ki, bayram yarmarkaları 2018-ci il yanvarın 3-dək davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button