Xəbərlər
Bakıda binada yanğın: 25 nəfər təxliyyə edildi
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının girişində bir ədəd elektrik lövhəsi yanıb.
24saat.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı mənzillərdən 25 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.
Mənzillər yanğından mühafizə olunub.