2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda binanın eyvanı uçdu – VİDEO

Yaşayış binasının eyvanı uçdu, digər eyvanlara da ziyan dəydi.

Hadisə Paytaxtın Nəsimi rayonunda baş verib. Səbəb həm binanın istismar müddətinin sona çatması, həm də yağış nəticəsində eyvanın beton piltələrinin su çəkməsidir.

24saat.org xezerxeber.com-a istinadən bildirir ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Binada olan digər qəzalı eyvanlar da sökülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu hadisə hündürmərtəbəli binalarda eyvanların təhlükəsizliyini gündəmə gətirib. Çünki bənzər halda bina və eyvanlar çoxdur. Çəkiliş zamanı bunu əyani müşahidə etdik. Məsələn, Xətai rayonunda çəkdiyimiz bu kadrdakı eyvanın beton piltəsi nəmişdik çəkdiyindən hər an uça bilər.

Bu eyvan isə, Nəsimi rayonunda olan yaşayış binalarının birinin eyvanıdır. Eyvanın beton örtüyü sıradan çıxıb, içində olan dəmir piltələr isə hər an eyvanın altından keçən vətəndaşların üzərinə düşə bilər.

Xətai rayon İcra Hakimiyyətindən bildirir ki, Afiyəddin Cəlilov,Yusif Səfərov və Nobel prospektində olan yaşayış binalarında 292 eyvan təmir olunub. Hazırda 50 belə eyvan təmir olunur. Əməkdaşlar tərəfindən qəzalı vəziyyətdə olan eyvanlara baxış keçiriləcək və o eyvanlarda təmir olunacaq.

Nəsimi rayon İcra Hakimiyyətindən isə dedilər ki, Mənzil Komunal Təssərüfatı Birliyinin tərkibində olan bu binaların istismar müddəti bitdiyi üçün onlar pilot layihəyə uyğun olaraq söküləcək. Ümumilikdə qəzalı vəziyyətdə 226 belə binaın sökülərək yenisini tikilməsi planlaşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button