2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Bakıda bir gecədə 12 uşaq qəflətən keçinib” – Hamı bu “xəbər”dən danışır

Sosial şəbəkələrdə yayılan xəbər geniş səs küyə səbəb olan “mesaja” Səhiyyə Nazirliyi cavab verdi.

AZXEBER.COM xəbər verir ki, Bakıda yayılan “whatsapp” mesajında 3-12 yaşlı 12 uşağın qəflətən ölməsi qeyd olunub. Və davamında bu uşqların ölümünə səbəb kimi müxtəlif dərman pereparatlarının səbəb olduğu qeyd olunub. Mesajda deyilir.

“TƏCİLİ HAMI İLƏ PAYLAŞIN!!!! 3-12 Yaşlı 12 uşaq qəflətən keçinib. Yarılma nəticəsində məlum olub ki, uşaqların hamsı dərman peraparatından baş verən allergiyanın qurbanı olub. Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq olmayıb. Onlar ya evdə, ya da xəstəxana yolunda keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərman pereparatlarını satışdan götürmək mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə kontraband yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur”.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda əlavə olaraq uşaqlara verilməsi qadağan olan dərmanların siyahısı da qeyd edilib:

“UŞAQLARA QƏTİ VERİLMƏMƏLİ OLAN DƏRMANLARIN SİYAHISI… AMOKSİÇİLİN( АМОКСИЦИЛЛИН), KAPESULA ( КАПЕСУЛА), UBUPROFEN ( ИБУПРОФЕН СУСПЕНЗИЯ) , АЛКЛОФЕНАК, СУМАМЕД, ИНГАЛИПТ, АНТИСЕПТ, ИНФЛЮЦИД, ДЕТСКИЙ ПАНАДОЛ, САНАСОЛ. Yuxarıda adları verilən dərman pereparatlarının qəbulunu çalışın heç olmasa bir ay, yəni aptekdən bütün məhsullar götürülnədək məhdudlaşdırın.
Əgər hər hansı allergiya ilə qarşılaşarsızsa, 0,5- 1 həb КЕТОТИФЕН və ya 10-15 damcı ФЕНИСТИЛ qəbul etmək lazımdı. TƏCİLİ…UŞAQLARI OLANLARA GÖNDƏRİN…”

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sözgedən mesajın tamamilə uydurma olduğunu bildirib:

“Bu mesaj illər öncə də ortaya çıxmışdı. Və yalan olduğu təsdiqlənmişdi. Hazırda bunu kim edirsə qara piar məqsədi ilə edir. Təbii ki, burada xoş niyyət ola bilməz. Ancaq bir də deyirəm ki, bu iddiaların hamısı ağ yalandır. Heç bir ölüm faktı yoxdur”.

Sözügedən mesajdan sonra isə bəzi sosial şəbəkə istifadəçiləri bu cür mesajları dərman monopolistərinin bilərək yaydığını və hazırdan dərman bazarında olan xaosu daha da qızışdırmağa hesabladığını iddia edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button