2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda bir mənzildən 4 kişi meyiti tapıldı: Hadisə yerindən FOTOLAR

Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını deyib.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.

Meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.

Meyitləri aşkarlanmış şəxslər yaxınlıqdakı “Şərq bazarı”nda işləyir, həmin mənzildə kirayə qalırlarmış.

Qonşulardan biri deyib ki, hadisə təxminən 30-31 dekabr tarixlərində baş verib: “10 gün idi ki, kirayə qalırdılar. Birini tanıyırdım. Yaşları 30 olmazdı”.

Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.

“Qafqazinfo”nun hadisə baş verən binadan çəkdiyi fotoları təqdim edirik:

24 saat” “Bakıda bir mənzildən 4 kişi meyiti tapıldı: Hadisə yerindən FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button