Now Reading:
Bakıda böyük söküntü nə vaxt başlayacaq? – AÇIQLAMA

Bakıda böyük söküntü nə vaxt başlayacaq? – AÇIQLAMA

Bakının 1-ci mikrorayon ərazisində köhnə beşmərtəbəli binaların sökülməsi və onların yerinə yenilərinin tikilməsi uzunmüddətli prosesdir.

BiG.AZ xəbər verir ki, bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Onun sözlərinə görə, layihə ilə bağlı hazırlıq işləri 3-4 ay çəkəcək.

“1-ci mikrorayonda köhnə binaların sökülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı yeni çıxıb. Həmin ərazidə görüləcək işlərlə bağlı Tədbirlər Planı Nazirlər Kabinetinə təqdim olunub və plan təsdiq olunub bizə geri qayıtmayıb. Tədbirlər Planı təsdiq olunduqdan sonra onun əsasında iş aparılacaq”.

E.Əsədov qeyd edib ki, layihə təsdiq olunmadığı üçün adıçəkilən ərazidəki köhnə binaların sakinləri ilə görüş keçirilməyib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 1-ci mikrorayonda 34 bina söküləcək və orada 1-2 bloklu 20-dən çox yaşayış binası tikiləcək. 1-ci mikrorayonda söküləcək evlərin ərazisi 29 hektardır, həmin mənzillərdən köçürülən ailələrin sayı isə 1729-dur. Ərazidə söküntü və tikinti işlərinə bu il başlanılacaq və prosesin 3 ilə bitməsi nəzərdə tutulur.

azvision.az

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.