Now Reading:
Bakıda bu yol bağlandı

“Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 17-dən 19-dək keçiriləcək mötəbər yarışa hazırlıq işlərini davam etdirir.

BŞH-dən  verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Buna görə də mayın 13-də saat 22:00-dan mayın 14-də səhər saat 06:00-dək Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşdırılması nəzərdə tutulur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.