2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda çovğun gözlənir

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 24-də Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir: “Güclü şimal-qərb küləyi əsəcək. Çovğun olacağı ehtimalı var”.

Proqnoza görə, gecə və gündüz 0-4 dərəcə şaxta olacaq: “Gecə və səhər yolların buz bağlayacağı gözlənilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Açıqlamaya görə, fevralın 24-də Azərbaycanın rayonlarında isə havanın arabir dumanlı, yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı təxmin edilir: “Gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir”.

Tibbi-meteoroloji xəbərdarlıq

Proqnoza görə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi ehtimal edilir. Bu da əksər insanlar üçün əlverişsizdir.

24 saat” “Bakıda çovğun gözlənir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button