2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda dəhşətli qətl: keçmiş ər 22 yaşlı qadının başını atası evində kəsdi

Martın 29-da gecə saatlarında Bakıda dəhşətli qətl törədilib.

Biləcəri qəsəbəsində yaşayan, 1995-ci il təvəllüdlü Aysel Cəlilovanın boğazını kəsərək qətlə yetiriblər. Hadisəni onun keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü İsrail Cəlilov törədib.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisənin təfərratı barədə “Trend” agentliyinin yaydığı məlumata görə, A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində İ.Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış. Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.

Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub.

Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button