2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət alıb

Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində “Lada” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı “Lada”da olan 11 yaşlı Eyvazova Aysel Oqtay qızı və onun 13 yaşlı bacısı Eyvazova Yeganə Oqtay qızı, həmçinin 10 yaşlı Cabirov Murad Rauf oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
“Lada” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Hadisə baş verən zaman o, hər üç azyaşlını S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına dərsə aparırmış.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button