Loading...
Loading...
Xəbərlər

Bakıda daha bir avtobus qəzası

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ə.Məmmədəliyev küçəsində Astara rayon sakini, 35 yaşlı Ramin Məmmədov idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, 20 yaşlı Nicat Məmmədovu vurub.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, “Daewoo” markalı sərnişin avtobusu “Monello” MMC-yə məxsusdur. (Report)

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button
Telegram kanalımıza abunə olun