Xəbərlər

Bakıda daha bir məktəb distant təhsilə keçib

Loading...

Bakı/26.10.21 Bakının 73 saylı tam orta məktəbi 2 həftəlik distant təhsil formasına keçib.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 saylı  tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Ötən həftənin sonunda Təhsil Nazirliyi bildirmişdi ki,  ölkədə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir.-03-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button