2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakıda daha bir qadın qətlinə görə 9 il 2 ay həbs

Yayımlandı: 16 Fevral 2023 15:31

 Vüsal Bayramovun məhkəməsi yekunlaşıb

Qadını qətlə yetirməkdə ittiham olunan daha bir kişinin – Bakı sakini Vüsal Bayramovun məhkəməsi başa çatıb. 1995-ci il təvəllüdlü Aişə Abdinovanı öldürməkdə təqsirli bilinən 34 yaşlı Vüsal Bayramov 9 il 2 ay azadlıqdan məhrum edilib. Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hadisə 2022-ci il 2-də gecə saat 23.00 radələrində paytaxtın Nizami rayonu ərazisində – Məmmədəli Şərifli küçəsində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən Vüsal Bayramov bildirib ki, Aişə Abdinova ilə tanış olanda evli idi, iki övladı vardı. Bakıda mağaza sahibi olan Vüsal Bayramov Aişəni də müştəri kimi ora gəlib-gedəndə tanıyıb:

“Geyim mağazasına gəlib-gedirdi, onda tanış olduq. Mən onda evli idim, ailədə ona görə problem yarandı. Həyat yoldaşımla ayrıldıq. Həmin vaxt Aişə ilə birlikdə idik…”.

Vüsal Bayramovun sözlərinə görə, təxminən 6 il Aişə Abdinova ilə birlikdə yaşayıb. Onların bir övladı da var. Birlikdə yaşadıqları evi son vaxtlar işlə əlaqədar satdığına görə Aişə nənəsigildə qalırmış:

“İki aya yaxın idi ki, nənəsigildə qalırdı. Çünki onunla yaşadığımız evi geyim işinə görə satmışdım. Həmin gün Aişəni nənəsigilə qoydum. Son vaxtlar davranışı, geyimi tamam dəyişmişdi. Zəng eləyirdim, cavab vermirdi. Gah deyirdi, xalamgildəyəm, gah deyirdi, filankəsgildəyəm. Mən can atırdım, yaxınlaşaq, bu, soyuqluq eləyirdi. Həmin gün gəldim, gördüm ki, yoxdur. Yuxarıdan baxanda gördüm ki, maşından düşdü…”.

Təqsirləndirilən şəxs onu da bildirib ki, Aişə Abdinovaya bir, yoxsa iki bıçaq zərbəsi vurduğu yadında deyil. Amma onu xatırlayır ki, qardaşına zəng edib, belə bir hadisə törətdiyini deyib və birbaşa təslim olmaq üçün polis bölməsinə yollanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button