2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü

Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.

24saat.org xəbər verir ki, bu barədə məlumat və foto sosial şəbəkələrdə yayılı.Məlumatda bildirilir ki, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.

***

Bakı şəhər Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov cinayət işini aparan müstəntiqə istinadən vurulan qadının süpürgəçi işlədiyini bildirsə də, Bakı Şəhər İcra Hakimiyyəti bunu təkzib edib. İcra Hakimiyyətindən “Report” agentliyinə bildiriblər ki, həmin qadın 2015-ci ildən artıq süpürgəçi işləmir və hadisə həmin qadının yolu keçərkən baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

***
Qeyd edək ki, bundan əvvəl də bir neçə oxşar hadisə baş verib.

2018-ci il martın 27-də Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

2013-cü ildə, hazırda Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.

O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı.Qeyd olunan hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanıldı.

Yolda təmizlik işi aparan qadınların təhlükəsizliyinin qorunması məqsədi ilə Daxili İşlər Nazirliyi onlara xüsusi gödəkçələrin paylandığını bildirib.

Təmizlik işləri aparan qadınların ölümü ilə nəicələnən hadisələrdən sonra Bakı Şəhər İcra Hakimiyyəti açıqlama verərək, nəqliyyatın hərəkətinin intensiv olduğu və yüksək sürət həddinə icazə verilən yollarda təmizliyi xüsusi texnikanın aparacağı bildirilmişdi.

Günel Məmmədova

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button