2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Bakıda daha bir yanğın – VİDEO

Bakının İmran Qasımov küçəsində, “Azərbaycan” universitetinin arxasında yerləşən həyət evləri yanır.

Yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarımtikililərin isə bir hissəsi artıq yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata görə, orada xeyli yarımtikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

***

Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb. 24saat.org nazirliyə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb

https://youtu.be/oZ1u5wb1eC8

Lent.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button