2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda gəzən qorxulu virus

Çexiya futbolunu iflic edən Azərbaycan mənşəli virus nədir?

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan Çexiyanın “Slovan” klubunun 12 futbolçusu infeksion xəstəliyə yoluxub. Klubun rəsmi saytında yer alan məlumatda oyunçuların Azərbaycana səfər zamanı bu virusa yoluxduğu bildirilir.

Bunun nəticəsində Çexiya çempionatının 8-ci turunda “Karvin” klubuna qarşı keçirilməsi planlaşdırılan oyun təxirə salınıb. “Oyunçuların bəzilərində səhhətləri ilə bağlı problem hələ sentyabrın 19-u ”Slaviya” ilə baş tutan oyundan əvvəl başlamışdı. Həftə ərzində vəziyyət daha da pisləşdi”- deyə klubun məlumatında qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Futbolçular bu virusa Azərbaycanda yoluxublar. Bəzi futbolçuları biz ”Slaviya” ilə oyundan öncə, digərlərini isə bu həftə ərzində itirdik. Belə bir hal mənim karyeramda bir dəfə 12 il əvvəl, yeniyetmələr komandasına rəhbərlik etdiyim vaxt olmuşdu. Yaşlı futbolçular arasında belə bir şeyi ilk dəfədir ki, görürəm. “Karvin” klubu ilə oyunun təxirə salınması yeganə çıxış yolu idi. Biz 12 futbolçumuz olmadan oynaya bilməzdik” deyə, klubun baş məşqçisi Yindrix Trpişpvski bildirib.

Artıq bir neçə gündür ki, əhali arasında baş qaldıran virus mənşəli xəstəlikdən şikayət edənlərin və bununla bağlı poliklinikalara müraciət edənlərin sayı artıb. Həm yaşlı və orta nəsil, həm də uşaqlar arasında yayılan xəstəlik özünü yüksək hərarət, ürəkbulanma, qusma, halsızlıq, kəskin baş ağrıları ilə büruzə verir. Çoxları bunu qripin ilkin əlamətləri hesab etsə də, bunun qriplə heç bir əlaqəsinin olmadığını deyənlər də var.

Mətbuat vasitəsilə məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova isə deyir ki, əhalinin şikayətləndiyi xəstəlik qripin ölkədə yayılmış hər hansı yeni növü deyil: “Bu hava, fəsil dəyişkənliyi ilə əlaqədar olan kəskin respirator xəstəlikdir. Qripin yayılması laboratoriyamızda da təsdiqlənməyib”.

Pediatr Vaqif Qarayev isə bunun kəskin virus adı ilə yayılmasının əleyhinə olduğunu dedi: “Bu, sadəcə olaraq, soyuqdəymədir. Qrip gedişi, müalicəsi, tez-tez ağırlaşmaları ilə gedən ayrıca bir xəstəlikdir. Sadaladığımız əlamətlərin isə hamısı ayrı-ayrılıqda viruslardır.

Qusma, qarın ağrısı ilə keçən xəstəliklər indi demək olar ki, yoxdur. Burun axması, öskürək, qaytarma da bir virus idi. Bu virus da artıq sönüb. Amma son bir həftədə baş verən soyuqdəymə iqlim dəyişikliyi ilə bağlıdır. Kəskin temperatur dəyişikliyi imkan verir ki, o viruslar baş qaldırsın. Mən deməzdim ki, biz virus yayılıb ifadəsini işlətsək insafsızlıq olardı. Amma hazırda mövsümü xəstəlik var. Bundan uşaqları qorumaq üçün ilk növbədə xəstə uşaqlar məktəbə, bağçaya getməməlidir.  Bu cür xəstə uşaqları məktəb də, bağça da qəbul etməməlidir. Bağçada mütləq tibb bacısı olmalıdır və fəsil dəyişkənliyində bütün uşaqlarda qızdırma ölçülməlidir. Xəstə uşaq mütləq sağlam uşaqları xəstəliyə yoluxdurur. Temperatur dəyişikliyi olanda uşaq orqanizmi immunitetinə mütləq təsir edir. Uşaq heç xəstələnməsə belə onun müqaviməti aşağı düşdüyünə görə xəstəliyə yoluxmaq meylliyi daha çox olur. Uşaqları istənilən səviyyədə geyindirmirlər.

Valideyn uşağı nə nazik, nə də üst-üstə qalın geyindirməməlidir. Paltar günün temperaturuna uyğun olmalıdır”.

V.Qarayev hazırda yayılan xəstəliyin, sadəcə olaraq, soyuqdəymə olduğunu dedi: “Qripə qarşı vaksin, peyvəndlər olur. Payız aylarında bütün ölkələrdə bu peyvənd vurulur. Müxtəlif ölkələrdə qripin hansı törədicisinin gəldiyi müəyyənləşdirilir və əhali həmin törədiciyə qarşı peyvənd olunmağa başlayır. Təəssüf ki, bizdə uşaqlara lazım olan heç bir peyvənd edilmir”.

cumhuriyyet.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button