2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda gecə klubunda partlayış: 1 nəfər ölüb, 31 nəfər yaralanıb – ADLAR – VİDEO

Fövqəladə Hallar Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışda zərər çəkənlər barədə məlumat yayıb.

Məlumatda deyilir:

“Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub”.

Qeyd edək ki, bundan əvvəl ölən şəxsin qadın olduğu bildirilib.

Hadisə zamanı xəsarət alan şşəxslərdən bir qisminin adları məlum olub: Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova.

24 saat” “Bakıda gecə klubunda partlayış: 1 nəfər ölüb, 31 nəfər yaralanıb – ADLAR – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button