2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda gediş haqqı 60 qəpik olan marşrut…

Oktyabrın 27-dən Bakıda yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. Belə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti – “Koroğlu” metro stansiyası – Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Neftçilər prospekti – “Azneft” dairəsi – Bibiheybət – Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, həmin xətt üzrə gediş haqqı 60 qəpik olacaq.

Əlavə edilib ki, ilkin mərhələdə daşımalara 10 avtobus cəlb ediləcək: “Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək”.

Bakıda avtobuslarda gediş haqqı, əsasən, 30 qəpikdir. Amma məsafədən asılı olaraq gediş haqqı (Bakının xüsusilə kəndlərinə) bundan 10 qəpik baha ola bilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button