Now Reading:
Bakıda güclü yanğın -Foto
Bu gün Bakının Suraxanı və Xətai rayonlarının sərhədində, Köhnə Günəşlinin aşağı hissəsində yanğın baş verib.

İnqilab İsmayılov küçəsi yaxınlığında, “Dərə” adlanan ərazidə toplanmış məişət tullantılarının və qurumuş otun yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb. Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları yanğının miqyasının genişlənməsinin qarşısını alıb və ərazidə müvafiq tədbirlər görülüb.
Yanğın zamanı ərazidə qatı tüstü yayıldığından polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.
Hadisə zamanı xəsarət alan olmayıb.( Lent.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.