Loading...
Loading...
Xəbərlər

Bakıda iki nəfər özünü asaraq intihar edib

Bakıda iki nəfər intihar edib.

Suraxanı rayonu, Binə Südçülük Sovxozunda yaşayan, 44 yaşlı Məzahir Nurməmmədov və Sabunçu rayonu Maştağa qəsəbə sakini, 23 yaşlı Fatimə Nəcəfova özlərini yaşadıqları ünvanda asıblar.

Hər iki faktla bağlı Suraxanı və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)

Gözdən qaçırmayın:  İsrail Baş naziri Putin ilə görüşüb və Şoltsun yanına uçdu
Back to top button