2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda klinikaya basqın etdilər – VİDEO

Bakıda klinikaya basqın olub. Diş ağrısı adı ilə stomatoloji klinikaya girən dostlar qeydiyyat şöbəsində qadının mobil telefonunu əlindən alıb qaçıblar. Hadisə Binəqədi rayonunda baş verib. Nərimanovda isə bir oğlan qadının boynundan qızıl boyunbağını qoparıb qaçıb. Hər iki cinayətin iştirakçıları saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

24saat.org xezerxeber.com-a istinadən bildirir ki, diş ağrısı adı ilə klinikaya girən dostlar, oranı cinayətkar kimi tərk ediblər. Hadisə Biləcəri qəsəbəsində stomataloji klinikaların birində baş verib. Klinikaya daxil olan şəxslər orada işləyən Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək mobil telefonlarını alıblar.

Zərərçəkmişlərin şikayəti ilə çox çəkməyib ki, Binəqədi polisi hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyevi tutublar. Dindirmə zamanı onlar əməllərini etiraf ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Polis araşdırma zamanı müəyyən edib ki, dostlar diş ağrısını bəhanə edərək klinikaya daxil olublar. Heç bir diş ağrısı olmayan gənclərin məqsədləri soyğunçuluq etmək olub.

Başqa bir soyğunçuluq isə paytaxtın Nərimanov rayonunda baş verib. Rayon polis idarəsinə müraciət edən qadın üzərində olan boyunbağının tanımadığı şəxs tərəfindən zorla boğazından qoparıldığını bildirib. Rayon polis idarəsinin əməliyyatçılarının keçirdikləri əməliyyat tədbirləri zamanı qadına qarşı soyğunçuluqda şübhəli bilinən Rəşad Kərimov saxlanılıb.

Hər iki faktla bağlı rayon polis idarələrində soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button