Now Reading:
Bakıda körpələr evində yanğın olub

Bakıda körpələr evində yanğın olub

Bu gün, aprelin 14-ü Bakıdakı körpələr evinin birində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

“Ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb”, – deyə məlumatda qeyd edilir.

Yanğının baş vermə səbəbi, hələlik, açıqlanmır.

24saat.org

Mənbə – azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.