Bakıda məşhur mağaza müştəriləri aldadır – FOTO - 24 saat xəbərlər
Now Reading:
Bakıda məşhur mağaza müştəriləri aldadır – FOTO
Full Article 1 minutes read

Bakıda məşhur mağaza müştəriləri aldadır – FOTO

Bakıda məşhur mağazalardan biri müştərilərinə qiymət fərqi tətbiq etməklə aldadır.

Müştərilərdən verilən məlumata görə, sözügedən mağaza Bakıda yaxın aylarda istifadəyə verilən “Gənclik Mall”da yerləşən “Terranova” mağazasıdır.

Şikayətçinin sözlərinə görə, həmin mağaza müştəriləri özünə cəlb etmək üçün mağazanın girişində böyük hərflərlə aşağı qiymətdə olan geyimləri təqdim edir:

“Hətta həmin qiymətlərdə olan paltarların üzərində üzüaşağı böyük ox işarəsi də qoyulub”, – deyə şikayətçi qeyd edib.

Müştəri qeyd edib ki, kassada məlum olub ki, üzərində 14 AZN qeyd olunan malın qiyməti əslində 19,90 AZN-dir:

“Ötən gün “Terranova” mağazasından xanımım üçün geyim almaq istəyirdim. Həmin geyimin üzərində 14 AZN yazılmışdı. Uyğun ölçüdə olan paltarlardan birini götürərək kassaya yaxınlaşdım.

Kassada isə fərqli mənzərə ilə qarşılaşdım. Belə ki, 14 AZN-ə göstərilən malın qiyməti əslində 19,90 AZN idi. Təəccüblənərək geri qayıdıb həmin geyimin asıldığı yerə yaxınlaşdım və əmin oldum ki, paltarın üzərindəki rəqəm 14 AZN-dir. Satıcılardan soruşduqda isə bu qiymətin başqa paltarlar üçün nəzərdə tutulduğunu bildirdilər.

“Terranova”nın güzəştli, endirimli qiymət tətbiq etdiyi malları sonradan müştəri kassaya yaxınlaşanda tam başqa qiymətlə hesablaması, ən azı, sual doğurur”.

Müştərilərin dediklərinə görə, onlar uzun-uzadı çək-çevirdən qurtulmaq üçün məcbur qalaraq “güzəştli”, amma fərqli qiymətdə geyimlər alırlar. (milli.az)

Input your search keywords and press Enter.