2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Bakıda məktəbdə OLAY: Müəllim şagirdə “səndən iyrənirəm” dedi – YENİLƏNİB

Bakının 123 saylı orta məktəbində müəllimin şagirdi kobud şəkildə təhqir etməsi ilə bağlı xəbər yayılıb.

Xəbərdə bildirilir ki, Kəmalə adlı sinif müəllimi 3-cü sinif şagirdi Kənan Rufullazadəyə ”köhnəyinin rənginə görə səndən iyrənirəm” deyib. Müəllimin hərəkəti səs-küyə səbəb olub.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün 123 saylı məktəblə əlaqə saxlayıb. Məktəbdən belə bir halın baş vermədiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra Bakı Şəhəri Təhsil İdarəsi ilə əlaqə saxladıq. Təhsil İdarəsi baş verən hadisənin başvermə səbəbini belə izah edib.

“Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Rufullazadə Kənana sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub. Bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib”.

13:37
Bakının 123 saylı məktəbində ibtidai sinif müəllimi Kənan adlı şagirdi təhqir edib.

24saat.org  xəbər verir ki, bu barədə sosial şəbəkədə tanınmış teleaparıcı Aytən Səfərova yazıb:

“Kəmalə adlı “müəllim” üçüncü sinif şagirdi olan Kənan adlı oğlana “səndən iyrənirəm” deyib. Özü də dəfələrlə. Kəmalə “xanım”, uşaqları məktəbdən iyrəndirən sənin kimi “müəllim” adına ləkə gətirənlərdir. Ayıb olsun. İmkansız, kasıb ailə uşağına köynəyinin rənginə görə “iyrənirəm” söyləyirsən”.

Olke.az-ın əməkdaşı məsələylə bağlı sözügedən müəllimlə əlaqə saxlayıb. Kəmalə Quliyeva iddiaları təkzib edib:

“Qətiyyən elə söz olmayıb. Dəfələrlə o uşağın nənəsinə demişəm ki, uşağın üstünü təmiz saxlayın. Məktəbə o cür çirkli paltarla uşaq gətirmək olarmı? Uşağa da, nənəsinə də demişəm ki, bu formada məktəbə gəlməzlər. Kənanın anası onunla ümumiyyətlə maraqlanmır, atasını dəfələrlə çağırmışam. Atası maşınla məktəbin qapısına da gəlib. Demişəm, atanı gördüm, maşınla qapıya gəlir, onu çağır, sinif rəhbəri kimi onunla söhbətim var. O uşaq bu il ərzində cəmi 1-2 dəfə məktəbə gəlib. Özündən başqa bacı-qardaşı da var. Onlar haqda dəqiq danışa bilmərəm, amma baxanda bilinir ki, natəmizdirlər. O uşaq dərs oxumur, gündəliyinə yazıram ki, hazır deyil. Kənan məktəbə də gəlmir. Müəllim güzəştə gedir, hörmət edir. Amma müəllimə qarşı belə etmək doğru deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button