2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakıda mənzildə 4 kişi meyiti aşkarlandığı bildirilir

Yayımlandı: 5 Yanvar 2023 15:21

DİN onların üzərində zorakılıq əlaməti olmadığını deyir

Yanvarın 5-də səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonundakı mənzillərin birində 4 kişi meyiti aşkarlanıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, qaynar xəttə giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, cəsədlərin üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button