2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Bakıda mənzillərin qiyməti niyə bahalaşıb? – AÇIQLAMA

Avqustun sonu və sentyabr ayında kirayə mənzil bazarında kəskin qiymət artımı müşahidə olunurdu. Bunun bir səbəbi də tələbələrin Bakıya üz tutması idi. Qiymətlərin əvvəlki aylarla müqayisədə xeyli yüksək olması kirayə mənzil axtaranlara çətinliklər yaratmışdı.

Bəs hazırkı dövrdə kirayə mənzil bazarında qiymətlər necədir? Həmin dövrlə müqayisədə uzuclaşmalar varmı?

Əmlakçı, rieltor Mülkədar Rüstəmov açıqlamasında kirayə mənzil bazarındakı hazırkı vəziyyətdən danışıb. O, qeyd edib ki, kirayə mənzil bazarında qiymət artımı bu gün də davam edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Sentyabr-oktyabr aylarında kirayə mənzil bazarında həddən artıq canlanma yarandı və demək olar ki, mənzil tapmaq çox çətinləşdi. Hazırda bugünkü günümüzə qədər bu vəziyyət hələ də davam edir. Səbəb təkcə rayonlardan Bakıya axın edən tələbələr deyildi. Bakı şəhərində kütləvi söküntülər başlanılıb, bu da ən əsas səbəblərdən biridir. Öncəki illərdə tələbələr daha çox rol oynayırdı. Bundan əlavə də Ukrayna-Rusiya müharibəsinə görə, xaricdə soydaşlarımız ölkəmizə axın etdi və onlar da kirayədə qaldı. Dekabr və yanvar aylarında olan ən böyük problem isə xüsusən Rusiya vətəndaşlarının ölkəmizə gəlməsi oldu. Onlar günlük verilən evləri də aylığa hesablayıb götürürlər. Müşahidələrimiz də göstədir ki, maddi durumu çox yaxşı olan rus müştərilər daha təmirli, lüks mənzillərə üstünlük verirdilər. Bizdə də elə mənzillər çox az olduğundan günlük mənzillər, qonaq evlərini götürüdülər. Yəni, həmin vəziyyət yenə də davam edir”.

Mülkədar Rüstəmov həmçinin qeyd edib ki, satışa çıxan mənzillərin də qiymətlərində artım var:

“Bizdə satışa çıxan mənzillərdə də qiymətlərdə 20-30 faiz artım oldu. Məsələn, 9-cü mikrarayonda iki otaqlı bir mənzil 90-95 min manata satılırdısa, hazırda bu rəqəm 110-115 min civarındadır. Eyni artım üçotaqlı və digər mənzillərdə də müşahidə olunur. Bunun canlanmasının da əsas səbəbi tələbin təklifi üstələməsi oldu. Bu səbəbdən mənzillər demək olar ki, tapılmır. Kim hansısa bir məznili satmaq istəyirsə, həmin mənzilə 5-10 müştəri cəlb olunur və daha tez satılır. Bu da digər mənzillərin qiymətinin artmasına səbəb olur. Satışın əsas hissəsi ipoteka ilə reallaşdığı üçün əmlak bazarında istər kirayə, istərsə də satış mənzilləri yüksək səviyyədədir. Sadəcə bir problem var ki, satışa çıxan mənzillər çox azdır. Bu da qiymət artımının hələ uzun müddət davam etməsinə səbəb olacaq”.

The post Bakıda mənzillərin qiyməti niyə bahalaşıb? – AÇIQLAMA appeared first on 24 saat.

“24 saat “Bakıda mənzillərin qiyməti niyə bahalaşıb? – AÇIQLAMA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button