2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda maşın bazarında baş verən yanğın tam söndürülüb

Bakının Nizami rayonunda “maşın bazarı” kimi tanınan ərazidə  baş verən yanğın tam söndürülüb.
FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə hadisə yerinə  baxış keçirilib.
Məlumata görə, yanğının miqyası ilə bağlı açıqlama veriləcək.
Hazırda, yanmış mağazaların sahibləri yanğından xilas edə bildikləri mallarını digər mağazalara yerləşdirirlər.
Qeyd edək ki, yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
***
Bakının Nizami rayonunda “maşın bazarı” kimi tanınan ərazidəki mağazaların birində yanğın başlayıb.
Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə maşınlar da yoldadır. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
apa.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button