2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb

Bakının Qaradağ rayonunda minik avtomobili körpüdən yerə aşıb.
“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Vəliyev Şəhriyar Kərrar oğlu Lökbatan qəsəbəsində, “Meyvəli Bazar” yaxınlığındakı körpüdə idarə etməni itirərək “Mercedes” markalı avtomobilini yerə aşırıb.
Nəticədə Ş.Vəliyev avtomobilin salonuna sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü avtomobilin salonundan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button