2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bakıda meyvə-tərəvəz 25-30 faiz bahalaşıb

Payızın gəlişi bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bazarlarda meyvə-tərəvəzin çeşidi bol olsa da, qiymətlər «od tutub» yanır. Bu səbəbdən sağlamlığımız üçün istifadə etməli olduğumuz meyvə-tərəvəz almaq xeyli çətinləşib.

Ələlxüsus da yerli istehsal olan məhsulların qiyməti qaneedici deyil. Satıcılar maya dəyəri və daşınma xərclərinin artması səbəbindən ötən illə müqayisədə 25-30 faiz bahalaşma olduğunu etiraf edirlər.

Bazarda kartofun qiyməti 70 qəpikdən başlayır. Ən bahalı kartof 2 manatdır. Yerli kartofun baha olmasının digər səbəbi bu məhsulun daha qıt olması ilə izah edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Soğanın qiyməti isə 40-60 qəpik arasında dəyişir. Göyərtilərin də qiymətində bahalaşma var. Keşnişin bir dəstəsi 50 qəpik olub.

Digər məhsulların da qiymətini təqdim edirik:
Pomidor-1.90-3 manat
Xiyar-95 qəpik-2 manat
Bibər-90 qəpik
Lobya-1.50
Üzüm-2-3 manat
Limon-1 ədədi 50 qəpik
Alma-80qəpik-3 manat
Armud-1.50-3 manat
Portağal-2-4 manat
Gül kələmi-2 manat
Sarımsaq – 4-6 manat

Müşahidə etdik ki, supermarketlərdə satılan meyvə və tərəvəz bazarlarla müqayisədə xeyli bahadır. Elə bu səbəbdən də böyük marketlərin vitrinlərində düzülmüş məhsullar alıcıların diqqətini cəlb etmir. Nəticədə həmin meyvə-tərəvəzlər aylarla vitrinlərdə qalırlar və öz keyfiyyətini itirməklə yanaşı insan həyatı üçün təhlükə yaradır.

Bir məsələni vurğumaq yerinə düşər. 2015-ci ilin dekabr ayında Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətə başlayan qiymət informasiya portalında (www.azagro.net) qiymətlər demək olar ki göstərilməyib. Saytda 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə, həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası yerləşdirilib. Amma Bakı şəhəri ilə yanaşı, regionları da əhatə edən 19 pərakəndə, 5 topdan satış bazarında meyvə-tərəvəzin qiyməti göstərilməyib.

Xatırladaq ki, keçən il ölkədə baş verən ikinci devalvasiyadan sonra manatın məzənnəsinin enməsi əks-təsirə, qiymətlərin sürətlə yüksəlməsinə rəvac verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button